350-yə yaxın abonentin qaz təminatı dayandırıldı – SƏBƏB

Lənkəran rayonunda Şovu kəndi ərazisində yol tikinti işləri aparılarkən diametri 163 mm olan qaz xətti zədələnib.

Bu barədə Yenicag.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Qeyd edilib ki, nəticədə Şovu, Təngivan, Siyablı kəndlərinin ümumilikdə 350-yə yaxın abonentinin təmir işləri bitənədək qaz təminatı dayandırılıb.