3500 manatlıq oğurluq edən şəxs saxlanıldı

Siyəzəndə mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 9-da rayon ərazisindəki evlərin birindən 3500 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Yenikənd kənd sakini Ə.Fərzəliyev saxlanılıb.

Araşdırma aparılır.