Aqil ƏLƏSGƏR: İldırım kişinin oğlu və dəlinin daşı

1525697_10202026942267870_1407505281_n
Bəzən böyük siyasi oyunlar, intriqalar o oyunların iştirakçılarına deyil, o oyunlardan çox kənarda dayananlara zərər verir. Ünvansız açılan atəşin gəlib, ən günahsıza tuşlanması kimi…

Təxminən bir neçə aydan bəri mətbuatda Ziya Məmmədov və əqrabaları barədə silsilə yazılar gedir… Məmmədovun işçilərindən qohumlarına qədər kimin nəyi var, nəyi yox, hamısından bu sayədə xəbərdarıq. Azərbaycan reallığını bilməyən biriləri üçün fantastik sayılan bu bilgilər bəzən doğru, bəzən yalan ola bilər. Əsas odur ki, bu günümüzün reallığında qeyri-normal sayılmamalıdır. Qarabağın işğal tarixi ilə bağlı doğru-düzgün heç bir lahiyəyə dəstək vermədiyi halda, öz övladına Buta Palasda neçə yüz minlik manatlıq toy etdirənin Qarabağ icmasının rəhbəri olması faktının yanında bir deputatın oğlunun “avtoş”luq etməsimi cinayət sayılacaq?.. Hansı deputat oğlunun “avtoş”luğundan söhbət gedə bilər ki, bu gün bəzi deputatlarımız belə “avtoşluq”dan qurtulmayıblar…

Yəni, sonucda hamımız məqsədin üzüm yemək deyil, bağbanı döymək olduğunu bilirik…

Bağbanın suçu var ya da yox, öz işinizdir. Sonucda qarşı-qarşıya gələn tərəflər (əsla medianı nəzərdə tutmuram) illərin savaşlarından çıxmış adamlardır və oyun qaydaların da gözəl bilirlər…

Lakin yuxarıda qeyd etdiyim kimi savaşa günahsızlar daxil edilməməli… Yuxarıdakına güc çatmır deyə, aşağıda tək suçu qohum olmaq olanlara toxunulmamalı…

Bir dəlinin dili ilə o insanlar kirlədilməməli… Nazirin qardaşı olmaqdan savayı bir “suç”u olmayanlar inkivizasiya məhkəmələrinə çəkilməməli…

Mən İldırım Məmmədovu toy məclisində tanıdım. İlk dəfə gördüyü insanları o qədər sevgi ilə qarşılayıb, o qədər səmimi davranırdı ki… Doğrusu, Cəmilin toyu boyunca diqqətim bu adamın üzərində oldu… Bir neçə dəfə söhbətləşdik də…

İldırım kişidə kənd kişilərinə məxsus məxsusi çalarlar gördüm… Saf, istiqanlı, səmimi… Hətta onun sərgilədiyi yüksək təvazökarlığı izah etməkdə çətinlik çəkib, “kişi insanlarla elə davranır, sanki nazir bizim qardaşımızdır. Görəsən biz nazir qardaşı olsaydıq, necə davranardıq” deyə düşünmüşdük…

İndi dəlinin biri çıxıb deyir ki, guya İldırım Məmmədovun 18 yaşlı oğlu ona qarşı təxribat aparır və buna görə, həbs edilib-filan…

18 yaşında bir uşaq Ankarada təhsil almaqla yanaşı Göyçayda bir dəli ilə mübarizə aparır. Öz dediyinə özü inanırmı görəsən, bu adam?

Və İldırım kişinin tərbiyyə etdiyi bir gəncin atası yaşında birisi ilə nə ədavəti ola bilir? O əxlaqın, o tərbiyənin sahibinin oğlu əsla bu işə qarışa bilməz…

Çünki o gənc Bakının başgicəlləndirici ab-havasında deyil, İldırım kişinin dizinin yanında, kənddə böyüyüb… Kənd tərbiyyəsini anlatmağa gərək belə yoxdur…

Öz cəbhə yoldaşlarına iftira atan üçün İldırım kişinin oğlunun Ankarada və ya Göyçayda olmasının bir fərqi yoxdur…

Heç adı belə mühüm deyil, soyadı kifayətdir, pastadan pay qapmağa cəhd üçün…

Bəs bizim vicdanımıza nə oldu? Peşə əxlaqı bir dəlinin sözlərindən bu qədərmi önəmsiz oldu?

Kimsə nədən soruşmadı ki, ey qafil, 18 yaşlı və Azərbaycanda belə olmayan gənclə nədir alıb-verə bilmədiyin?

Hələ anlamadınızmı? Məsələ üzüm yemək deyil…

P.S. Nədənsə bu dəliyə “hüquq müdafiəçisi” deyiləndə, Ozan Arifin oxuduğu “sizin kimi aydının (oxu: hüquq müdafiəçisinin) ….” sözləri yadıma düşür…

COP29