Bu gün Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı ərazisində 3,3 bal gücündə zəlzələ baş verib.
Yenicag.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 07:05-də qeydə alınıb.
Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.