36 yaşlı qadın evində ölü tapıldı – Balakəndə
Balakən rayonunda qadın meyiti tapılıb.
Yenicag.az-ın məlumatına görə, rayonun 1983-cü il təvəllüdlü Tülü kənd sakini Əfəndiyeva Zeynəb Vahid qızının meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib.
Z.Əfəndiyevanın ölümünün dəqiq səbəbini müəyyən etmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.
Z.Əfəndiyevanın evli və bir övlad anası olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./Report/