36 yaşlı qadını maşın vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyeva Rüqəyyə Əlövsət qızı yolu keçmək istəyərək onu minik avtomobili vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.