!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

360 dərəcə kameralı ilk eynəklər – VİDEO

!Reklam – Yazi

1482739134_download-3Berklidən olan startap, panoram kameralı ilk eynəkləri yaradıb.

ORBI Prime adlanan eynək, 360 dərəcəli foto və video çəkərək onları sosial şəbəkələrdə paylaşmaq imkanını yaradır. ORBI Prime, 1080p keyfiyyətli 4 kamera ilə təchiz olunub. Onlardan ikisi eynək çərçivəsinin ön hissəsində, digər ikisi isə arxa hissəsində yerləşir. Nəticə etibari ilə çəkilmiş foto və videoların keyfiyyəti 4K-da olur. Həmçinin cihaz, videonun stabilizasiya sisteminə sahibdir. Beləliklə videoçəkiliş zamanı əsmələrə yol verilmir. Cihaz şarjla çalışır və onun enerji tutumu 90 dəqiqəlik çəkilişə bəs edir. Çəkilmiş materialları həmin dəqiqə sosial şəbəkələrə yerləşdirmək olar.

Bunun üçün eynəklər Wi-Fi xüsusiyyətinə sahibdirlər. Eynəyin korpusu polikarbonatdan hazırlanıb və IP64 standartlı sudan qorunma özəlliyinə sahibdir. ORBI Prime-ın yaradıcılarının sözlərinə görə eynəkləri həm adi vəziyyətdə həmdə idman dəbilqələri vasitəsilə istifadə etmək çox rahatdır. Hal-hazırda istənilən şəxs ORBI Prime-ı 199$-a sifariş edə bilər. Cihaz gələn ilin Avqust ayında satışa çıxacaq. Həmin vaxtda onun qiyməti 650 dollar təşkil edəcək. Qeyd etmək lazımdır ki, layihə Indiegogo platformasında təqdim olunub və yaradıcılar artıq 250.000$ vəsait yığıblar. Halbuki startapçılara yalnız 75.000$ lazım idi.

Yeniçağ.Az

www.yenicag.az

1502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv