Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

363 nəfər siqaretə görə cərimələndi

363 nəfər qadağan olunmuş yerlərdə siqaret çəkdiyi üçün cərimələnib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, 2018-ci ilin 6 ayı ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə görə 363 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci və 306.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub.

Onlara tətbiq edilmiş cərimələr 11 205 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

www.yenicag.az

1963
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS