365 İŞİD-çinin cəsədi aşkarlanıb

7b59db073b0022a944566d7fdcdbe48eİraq Silahlı Qüvvələri Beyci şəhəri yaxınlığında 19 kütləvi məzarlıq aşkarlandığını bəyan edib.

Bu barədə “The Strait Times” məlumat yayıb. Məzarlıqlarda İŞİD üzvü olan 365 silahlının cəsədi tapılıb. İraq ordusunun zabiti cəsədlərin nə zaman basdırıldığı və onların İŞİD-çilər olmasının necə müəyyənləşdirildiyini dəqiqləşdirməyib.

Xatırladaq ki, oktyabrın 19-da İraq hərbçiləri terrorçuların nəzarətində olan Beyci şəhərini azad ediblər. Strateji cəhətdən mühüm ərazi olan Beycidə ölkənin ən iri neftayırma zavodu yerləşir. Beyci İraqın İŞİD nəzarətində olan ikinci ən böyük şəhəri Mosuldan 150 km aralıda yerləşir.