Azərbaycan əhalisinin GƏLİRLƏRİ – 22 milyardı ötdü

Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 22 milyard 382,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, əvvəlki ilin eyni dövrünə nisbətən əhalinin gəlirləri 1,3% artıb və əhalinin hər nəfərinə orta hesabla 2 247,9 manatlıq gəlir düşüb.

Əhalinin banklardakı əmanətləri isə 2020-ci il 01 may vəziyyətinə 7 milyard 758,0 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 11 faiz azdır.