38 milyon illik sirr ÇÖZÜLDÜ: Bu ilanlar niyə bir-birinə dolanaraq ölüb?

1976-cı ildə ABŞ-nin Vayominq ştatında tapılmış ilan fosillərinin sirri çözülüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Zoological Journal of the Linnean Society” elmi jurnalında məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, “Hibernophis breithaupti” adı verilən ilan növünün 38 milyon il əvvələ aid fosili günümüzədək qorunub. Elm adamları bir-birinə dolaşıq şəkildə ölmüş ilanların nə üçün bu pozisiyada olduğu ilə bağlı versiya irəli sürüblər.

Fosillər kompüter tomoqrafiyası ilə daha detallı şəkildə araşdırılıb. Araşdırma nəticəsində məlum olub ki, bu ilanlar vurğulanan ilan növünün kəşf edilməmiş nəslinin nümayəndəsidir. Ehtimal edilir ki, ilanlar qış yuxusunda soyuqdan qorunmaq üçün bir-birinə dolanaraq yatıb. Elm insanları bu davranışa digər ilan növlərində rast gəlinmədiyini də bildiriblər. Araşdırma qrupu bunu “görülməmiş bir şey” olaraq dəyərləndiriblər.

COP29