38 yaşlı kişi ürəyindən bıçaqlandı – Göyçayda

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Texnologiya Kollecinin yaxınlığında qeydə alınıb.

Belə ki, Şuşa rayonundan məcburi köçkün, 1981-ci il təvəllüdlü Əmirov Azər Sabir oğlu Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Həsrətov Kamil tərəfindən ürək nahiyəsindən 1 bıçaq zərbəsi alıb.

Yaralı rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyət ağırdır.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

COP29