!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

38 yaşlı SUBAY MƏŞHUR: "Həyatımda çoxlu qadınlar var, onlarla…"

!Reklam – Yazi

Həm aparıcıdır, həm də aktyor kimi filmlərə çəkilir. Bir il əvvəl özünə mağaza da açdı, amma biznesdə əli gətirmədi. Özünü xarizmatik kişi saysa da, hələ ki, həyatının qadınını tapa bilmir.

İki dəfə nişanı pozulan, ümidini üçüncüyə bağlayan tanınmış aparıcı Şəhriyar Əbilovun Yeniçağ.az-a müsahibəsini təqdim edirik.

– Şəhriyar, bir ara bizneslə məşğul idin, amma sonradan deyəsən, iflasa uğradın?

– Bir il əvvəl geyim mağazası açmışdım, amma sonradan başqa işlərim olduğu üçün bu fəaliyyətimi dayandırdım.

– Eşitdiyimə görə, şərikinlə aranızda narazılıq yarandığından işbirliyinizə son qoyulub?

– Yox, layihəm oldu və şərikimdən özüm ayrıldım. Amma yeni biznes barədə düşünürəm, ola bilsin, gələcəkdə özümün moda evim və “lanc kafem” olsun.

– 40 yaşı haqlamısan, bəs subaylığın sultanlığından bezmədin?

– Limitim bu ildir. İnşallah, 2018-də sizi sevindirəcəm.

– Torbada pişik var?

– Nəsə var, amma hələ dəqiq bilinmir.

– Bildiyimə görə, xanımlara qarşı cox mühafizəkarsan…

– Həddən artıq. Təkcə xanımlara qarşı deyil, ümumiyyətlə, mühafizəkaram.

– İnsanlarla baryer saxlamağı xoşlayırsan?

– Bu, mütləqdir. Məsələn, icazəm olmadan heç kim mənim əşyalarıma toxuna bilməz. Hətta doğmalarım belə, mənim əşyalarıma toxunanda icazə almalıdır. Telefonuma özümdən başqa heç kim baxa bilməz. Mənə aid olan əşya məndə olmalıdır. İcazə alarsa, bu, başqa məsələ.

– Bəs özün sevdiyin qadının telefonuna baxanda icazə alarsan?

– Mən güvənmədiyim insanla oturub-durmuram. Onu güdüm, telefonunu yoxlayım, məndə belə xüsusiyyətlər yoxdur. 38 yaşlı təcrübəli kişi kimi qadının üzünə baxanda bilirəm ki, o, mənə yalan deyir, yoxsa səmimidir.

– İki dəfə nişanlı olmusan, amma nişanın pozulub, düzdür?

– Bəli, atalar üçdən deyib.

– Belə çıxır ki, heç adam tanıyan deyilsənmiş?

– Onlara güvənməmişəm, elə ona görə də bu gün yanımda deyillər.

– Bu ayrılıqlara görə peşman olmadın ki?

– Allah deyir səbr elə, bundan daha yaxşı şeylər olacaq.

– İnsanın həyatı boyunca bir dəfə aşiq olması fikriylə razılaşırsan?

– Boş sözdür, insan on dəfə də sevə bilər. Sadəcə olaraq dozaları var. Birini bir qədər az, o birini daha çox sevə bilərsən.

– Ən yüksək dozada sevgini yaşamısan yoxsa, hələ gözləyirsən?

– Cəmi bir dəfə sevmişəm, o da on il bundan əvvəl. Ondan sonra hələ ki, heç kimi sevməmişəm.

– Belə çıxır ki, hələ də o sevgini unutmamısan?

– Yox unutmuşam, amma hələ ki, heç bir qadını sevə bilmirəm. Mən özüm sevgi axtarıram, amma tapa bilmirəm. Təbii ki, bu, sifarişlə deyil.

– İmicində tez-tez dəyişiklik etməyi xoşlayırsan.

– Bəli, bu gün saqqal saxlamışam, sabah hörükdə, yaxud da keçəl ola bilərəm. Aktyoram da, obraza görə dəyişə bilərəm.

– Necə bir filmə çəkilmək arzusundasan?

– Macəra filmlərində çəkilmək istərdim.

– Necə bir rolda?

– Sevgili obrazında. Baş qəhrəman olum, sevdiyim qızı xilas edim, mübarizə aparım, xalq məni sevsin.

– Bəs xəyanətə uğramış və qatil olan sevgili rolunda necə?

– Əlbəttə, əgər qısqanc sevgili roluna dəvət alsam, sevgilim mənə xəyanət etsə, onu əllərimlə boğaram.

– Bəs həyatda necə, xəyanətə uğrasaydın, reaksiyan necə olardı?

– Əgər o qadın səhv edərsə, demək ki, heç tənqidi sözlərimə də layiq deyil. Sadəcə, üzümü çevirib gedərəm.

– Bəs sadiq olmayan dostlarına qarşı münasibətin necə olur?

– Soyuqqanlıyam, üz cevirib gedirəm, amma kinim yoxdur, tez bağışlayanam. Səhvsiz insan yoxdur həyatda. Səhvləri də olsa, dostlarımı bağışlayıram. Amma bir həddə qədər. Təkrar-təkrar səhvə yol verən adamın demək ki, xasiyyəti bərbaddır.

– Özünü xarizmatik kişi sayırsan?

– Niyə də yox?

– Ətrafında xanım pərəstişkarların çoxdur?

– Təbii ki, bu yaşda desəm ki, heç bir xanıma salam verməmişəm, həyatımda heç kim yoxdur, yalan olar. Həyatımda çoxlu qadınlar var, onlarla dostluq edirəm. Amma xanımların çoxluğu məni bir az narahat edir. Sonda adam yorulur və deyir, “kaş elə yanımda biri olaydı, o da sevdiyim xanım”. İnanın, hər bir kişi həyatının xanımını axtarır, tapandan sonra ömrünü ona həsr edir. Mən də axtarışdayam, hələ tapmamışam.

Cəvahir Səlimqızı

Yeniçağ.az

www.yenicag.az

1486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv