Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Prezidentlə bağlı sorğu keçirilib

Ilham_Aliyev_160412_albom_6Azərbaycan Prezidenti İlham Əliyevin reytinqi yüksək olaraq qalır. “Rəy” Monitorinq Mərkəzindən daxil olan məlumata görə, mərkəzin bu günlərdə Bakıda keçirdiyi “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri göstərir ki, paytaxt əhalisinin əksəriyyəti ölkə başçısını dəstəkləyir.

Sorğu zamanı məlum olub ki, prezident seçkiləri gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə gələcək respondentlərin əksərriyəti (83%) öz səsini hazırkı ölkə başçısına verərdi.

Bakı sakinlərinin 65%-i Azərbaycan Prezidenti postunda İlham Əliyevə alternativ görmürlər.

Respondentlərin 82%-i “İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi” sualını müsbət cavablandırıb (“tam” və ya “qismən” cavab verir).

Rəyi soruşulanların 68%-i isə ölkədə işlərin düzgün istiqamətdə getdiyini düşünür.

“Omnibus” tipli ictimai rəy sorğusu 2014-cü il oktyabrın 17-dən 21-dək keçirilib. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuya 18 yaşdan yuxarı 1300-ə yaxın sakin cəlb olunub. Sorğu nəticələrinin statistik nisbi xətası 3,4%-dən çox deyil.

(trend.az)

Loading...

www.yenicag.az

444