!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

38700 manat pulu çayxanada unutdu

!Reklam – Yazi

016bda19382246ea45da265858bd4f87Bakıda çay evində oğurluq hadisəsi baş verib.Əli Vəliyev Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə müraciət edərək çay evində əl çantasını unutduğu, götürmək üçün qayıdan zaman isə çantanın orada olmadığını bildirib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, o, çantasında 38700 manat pul olduğunu deyib.

Dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Məlum olub ki, oğurluğu törədənlər çay evinin ofisiantları, Ağdaş rayon sakinləri – 1992-ci il təvəllüdlü Mircavad Məsumi və 1990-cı il təvəllüdlü Cavid Yusifovdur. Onlar saxlanılıb.

Hər iki şəxs sahibsiz bağlamanı itməməsi üçün ordan götürdüyünü, qorxudan polisə xəbər vermədiyini deyib.

(lent.az)

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv