!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

39 dərəcə isti olacaq

!Reklam – Yazi

havabuludgunesh29İyulun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 32-37 dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti isə əsasən yağmursuz olacaq. Lakin səhər və axşam Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

www.yenicag.az

1047
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv