Abşeron sakini özünü yandırıb.
Yenicag.az xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-cı il təvəllüdlü Məmmədov Musa Tofiq oğlu ailə münaqişəsi zəminində özünü yandırıb. Nəticədə o, aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. /ONA