Prezident iki səfiri geri çağırdı – YENİ TƏYİNAT

Prezident İlham Əliyev Həsən Həsənovun Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncama əsasən, Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

***

Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə N.Qurbanova Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.