!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

4-cü mərtəbədən yıxılan 2 yaşlı uşaq sağ qaldı - Mingəçevirdə

!Reklam – Yazi

Mingəçevir şəhərində ehtiyatsızlıq nəticəsində dördüncü mərtəbədən yıxılan körpə sağ qalıb.

Yenicag.az “Report”un Şirvan bürosuna istinadla xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsi 16, mənzil 57-də baş verib.

2015-ci il təvəllüdlü Yevlax rayon Havarlı kənd sakini Şərifov Murad Məhəmməd oğlu qonaq gəldikləri beşmərtəbəli binanın 4-cü mərtəbəsindəki evin eyvanından yerə yıxılıb. Yaralı körpə dərhal həmin binanın önündə yerləşən şəhər xəstəxanasına çatdırılıb. İlkin müayinələr zamanı bir sıra sınıqlar aşkar olunub. Tibbi yardım alan iki yaşlı körpə Reanimasiya şöbəsinə yerləşdirilib.

Əldə olunan məlumata görə, uşağın həyatı üçün heç bir təhlükə yoxdur. Şahidlər Murad Şərifovun yerə pəncərə torunun üzərində düşdüyünü, bu səbəbdən də ölümcül xəsarət almadığını bildiriblər.

Yenicag.az

www.yenicag.az

1152
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv