Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Yenicag.az xəbər verir ki, İntiqam Vəlizadə (61 kq) təsnifat mərhələsində Cənubi Koreyadan olan Hyeonsik Sonqla üz-üzə gələcək.
Maqomed-Başir Xaniyev (70 kq) da mübarizəyə təsnifat mərhələsindən başlayacaq. O, qazaxıstanlı olan Sanjar Dojanovla qarşılaşacaq.
Abubakr Abakarov (86 kq) 1/16 finalda kanadalı Aleksandr Murla güləşəcək.
Ən ağır çəkili güləşçimiz Georgi Meşvildişvili (125 kq) isə 1/16 finalda bolqarıstanlı İslam Adizovla üz-üzə gələcək.