4 gün əvvəl Kürdə batan yeniyetmənin meyiti tapıldı 

Qazax rayonunda Kür çayında batan yeniyetmənin meyiti aşkarlanıb.

Yenicag.az xəbər verir ki, 4 gün öncə Kür çayının Yuxarı Salahlı kəndindən keçən hissəsində çayda çimən zaman batan 16 yaşlı Eldar Quliyevin meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.