Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

"4 günlük müharibə ordumuzun ciddi tarixi qələbəsidir" – Samir Adıgözəlli

Müharibə hələ bitməyib! Bu sözü Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Xüsusi Təyinatlıları ilə görüşündə dedi. Cənab Prezident işğalçı Ermənistana açıq mesaj verərək bildirdi ki, torpaqlarımız sülh yolu ilə geri qaytarılmasa, Azərbaycan güc yolu ilə ərazilərini azad edəcəkdir.

Aprel döyüşləri Ordumuzun ciddi tarixi qələbəsidir. 4 günlük müharibə Azərbaycan Ordusunun həm peşəkarlığını, həm də qəhrəmanlığını, vətənə bağlılığını bütün dünyaya göstərdi. Ordumuz döyüşlər zamanı 2000 hektardan artıq ərazimizi azad etdi, eləcə də bir neçə mühüm strateji yüksəklikləri öz nəzarəti altına aldı. Ordumuzun 2016-cı ildə tarixi aprel qələbəsindən sonra, 2018-ci ilin mayında Naxçıvanda Əlahiddə Ümümqoşun Ordumuzun erməni təxribatına qarşılıq olaraq əks-həmlə əməliyyatı nəticəsində 11000 hektar ərazimiz, eləcədə Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq yüksəkliyi”, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub. Həmçinin ordumuz, Dərələyəz mahalının Arpa kəndinə nəzarət imkanı əldə edib. Bu əməliyyat nəticəsində Silahlı Qüvvələrimiz İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanına sahib oldu. Azərbaycan Ordusunun son 3 ildə Qarabağda və Naxçıvan istiqamətində əldə etdiyi qələbələr düşmən tərəfi ciddi qorxu altında saxlayır. Silahlı Qüvvələrimiz hal-hazırki inkişaf dövründə istənilən istiqamətdə hərbi əməliyyatlar aparmaq iqtidarındadır.

Prezidetin sərəncamı ilə 2013-cü ildə 5-ci Ordu Korpusunun Bazasında Naxçıvanda Əlahiddə Ümümqoşun Ordusunun yaradılması, son illərdə Naxçıvan cəbhəsi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin gücünü yüksək həddə çatdırıb. Məhz ötən il keçirilən Günnüt əməliyyatı ordumuzun yüksək imkanlarını tam olaraq isbat etdi. İndi düşmənin yuxusu həm Qarabağ cəbhəsində, həm də Naxçıvan cəbhəsində ərşə çəkilib. Ordumuzun qüdrəti və döyüş qabiliyyətinin yüksək səviyyədə olması təkcə güclü texniki təminatla bağlı deyil. Bu həm də sıralarında xidmət edən vətənpərvər gənclərimizin fəaliyyəti ilə ölçülür. Aprel döyüşləri həm də Azərbaycan xalqının ordusu ilə birgə nəfəs aldığını, ayaqda olduğunu bütün dünyaya nümayiş etdirdi.

Yazımın əvvəlinə qayıdaraq, cənab Prezident demişkən, “Müharibə hələ bitməyib”. Tarixi ədalətin tezliklə bərqərar olub, torpaqlarımızın düşmən tapdağından azad olunacağı hissi ilə, ordumuza tezliklə böyük qələbə diləyirəm.

Samir Adıgözəlli, İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri

www.yenicag.az

2198