Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner
Qarabağ FC

4 idmançımız diskvalifikasiya olundu - Dopinqə görə

Reklam: Sinerji Pro

Azərbaycanın daha 4 idmançısında dopinq aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bunlar güləşçi Ruhin Mikayılov, bodibildinqçilər Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilovdur.

Belə ki, güləşçi Ruhin Mikayılov qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadəyə cəhd etdiyinə görə 18 aylıq diskvalifikasiya olunub. O, furosemiddən istifadədə günahlandırılır. İdmançımızın cəza müddəti ötən ilin iyulundan hesablanmağa başlayıb və 2019-cu il yanvarın 5-də bitəcək.

Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov isə 48 aylıq cəzalandırılıb. Rzayevdən götürülmüş analizdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. O, stanozolol metaboliti, boldenon, boldenon metaboliti, dehydroxlorometiltestosteron, 1-androstenedion, 1-testosteron və 19-norandrosteron preparatlarının qəbulunda günahlandırılır. Adilin cəzası 2021-ci il avqustun 4-də yekunlaşacaq.

Əhmədovla Cəlilovdan da götürülən analizlərdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. Fövqinin dopinq-testində klenbuterol və tamoksifen metaboliti tapıldığı halda, Kənanda dehidroxlorometiltestosteron metaboliti, metenolon metaboliti və metenolon maddələri özünü büruzə verib.

Bodibildinqçilərimizdən Rzayevlə Əhmədov 4 avqust 2017-ci ildən 4 avqust 2021-ci ilədək, Cəlilov isə 4 oktyabr 2017-ci ildən 4 oktyabr 2021-ci ilədək yarışlardan kənarlaşdırılıb.

www.yenicag.az

1259
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM