4 kq-a yaxın narkotik vasitə aşkarlandı

Polis əməkdaşlarının aprelin 14-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 3,7 kiloqramdan artıq narkotik vasitə, həmçinin 44 ədəd yüksək təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən xəbər verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir