!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

4 milyardlıq DƏLƏDUZLUQ: "Kripto kraliçası"nı tapana 100 min dollar veriləcək

!Reklam – Yazi

“OneCoin” fırıldaqçılığı ilə investorun 4 milyard dollarını alıb yoxa çıxan “kripto kraliçası” Ruja İqnatova ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarılan 10 qaçaq siyahısına daxil olub.

Yenicag.az xəbər verir ki, Ruja İqnatova “OneCoin”i ilk dəfə 2014-cü ildə istifadəyə verib. O dövrdə bir çox investorun kripto pul bazarında yeni olmasından istifadə edərək kripto pulların xüsusiyyətləri haqqında real olmayan məlumatlar verib.

2014-2016-cı illər arasında investorlardan 4 milyard dollar cəlb edib. Bir il sonra isə topladığı vəsaitlərə götürərək yoxa çıxıb. Manhetten federal prokuroru Damian Uilliams mətbuata açıqlamasında bildirib ki, İqnatova kriptovalyutanın ilk illərindəki “mükəmməl vaxtdan” istifadə edib. “OneCoin” soyğunçuluğunun uğuru onun təkcə saxta kriptovalyuta deyil, həm də piramida sxemi olması ilə əlaqələndirilir. İqnatovanın piramidasının məhz Ponzi sxemi üzrə işlədiyi iddia olunur.

FTB əslən Bolqarıstandan olan Ruja İgnatova barədə məlumat verən hər kəsə 100 min dollar mükafat elan edib. Almaniya vətəndaşı Ruja İqnatova “OneCoin” adlı saxta kriptovalyuta sataraq investorları 4 milyard dollar aldatmaqda ittiham olunur.

Qeyd edək ki, 2017-ci ildən yoxa çıxan Ruja İgnatova sonuncu dəfə Bolqarıstandan Yunanıstana təyyarə ilə səfərə gedərkən görülüb.

Gülşən Şərif

www.yenicag.az

267
Ads
www.veteninfo.com
!Reklam – Arxiv