4 milyon müsəlman vətəndaşlığını itirə bilər

Hindistanın şimal-şərqində yaşayan 4 milyon müsəlmanın vətəndaşlığı əlindən alına bilər.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Assam ştatının müsəlman sakinləri vətəndaşlıqlarını itirmə təhlükəsi ilə üzləşiblər. Belə ki, milli vətəndaşlıqla bağlı hazırlanan qanun layihəsində milli azlıqlar nəzərdə tutulmayıb.

Hindu milliyyətçilər və mühafizəkarlar tərəfindən hazırlanan siyahıya daxil olmayanlar isə başqa bir ştata köçməyə məcbur edilə bilərlər.

Qeyd edək ki, Hindistan Federasiyasının şimal-şərqində yerləşən Assam ştatında ümumilikdə 32 milyon insan yaşayır.