!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

4 milyon uşaq orta məktəbdən məhrum edilib – BMT hesabat yaydı

!Reklam – Yazi

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMMYK) 2017-2018-ci illərdə dünyada 4 milyondan çox qaçqın uşağın məktəbə getmək imkanından məhrum edilməsi barədə hesabat yayıb.

Yenicag.az xəbər verir ki, bəyanatda BMT nəzdindəki təşkilatların və dövlətlərin bütün səylərinə baxmayaraq məktəbə gedə bilməyən qaçqın uşaqların sayının sürətlə artdığı vurğulanıb.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 2017-ci ilin sonuna olan hesabatına əsasən, dünya əhalisinin 25,4 milyonu qaçqın statusu daşıyır. Onlardan 19,9 milyonu Komissarlığın səlahiyyəti altındadır.

Hesabatda 7,4 milyon uşağın məktəbli yaşlarında olduğu ifadə edilib. 2016-cı ildə 3,5 milyondan çox qaçqın uşağın məktəbə getmək imkanı olmadığı, 2017-ci ildə isə bu sayın yarım milyon artaraq 4 milyona çatdığı qeyd olunub.

Hesabata görə, ümumdünya konteksində uşaqların 92%-i ibtidai məktəbə qeydiyyatdan keçə bilmək imkanına sahibkən, qaçqın uşaqlarda bu faiz 61%-ə bərabərdir. Eyni zamanda orta məktəbə getmə imkanı olan qaçqın uşaqların yalnız 1%-i ali təhsil ala bilir.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi hesabatla bağlı verdiyi şərhdə təhsilin uşaqların gələcəyinin yaxşı qurulmasına kömək etdiyini bildirib: “Bununla yanaşı, təhsil onların ölkələrini yenidən qura bilməsi üçün savadlandıran açar rolunu oynayır. Təhsil olmadan bu uşaqların və aid olduqları cəmiyyətlərin gələcəyi geri dönüşü olmayacaq bir şəkildə zərər görəcək”.

www.yenicag.az

844
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv