!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

4 min hektar meşə sahəsi yandı

!Reklam – Yazi

Avqustun 15-dən şimal bölgəsində yanğınlar davam edir. Təəssüf ki, yanğınlar Şabran, Siyəzən, Quba və Xaçmaz rayonlarında olmaqla, böyük ərazini əhatə edib. Bu, son dövrlərdə baş verən ən böyük yanğın hadisəsidir. Təbiətə böyük ziyan dəyib. İlkin hesablamalara görə, yanğın bələdiyyə, dövlət fondu torpaqları, eləcə də meşələr olmaqla, ümumilikdə, 4 min hektara yaxın əraziyə ziyan vurub.

Yenicag.az xəbər verir ki, bu fikirləri fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Qubada jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavini qeyd edib ki, genişmiqyaslı yanğın ilk olaraq Şabran rayonunun Dağbilici kəndi yaxınlığında biçilmiş əkin sahəsindən başlayıb.

“Yanğının əsas səbəbi insan amili ilə bağlıdır. Ümumiyyətlə, ölkəmizdə baş verən yanğınların 98 faizi insanların təsiri ilə baş verib. Ötən beş gün müddətində güclü küləklə müşayiət olunan hava şəraiti oldu. Küləyin sürəti bəzən 18-22 km/san çatırdı. Yanğını fiziki cəhətdən söndürmək mümkünsüzləşirdi. Bəzən yanğınsöndürənlər boğulmaq təhlükəsi ilə üz-üzə qalırdılar. Çox şükür olsun ki, bu yanğın hadisələri zamanı xəsarət alan olmadı. Vətəndaşlarımızdan xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər”, – Etibar Mirzəyev söyləyib.

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv