4 mindən çox azərbaycanlının ölkədən çıxması yasaq olundu

558282015-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 53% artaraq 350 mini ötüb.

Moderator.az xəbər verir ki, bu barədə “Azərbaycan” qəzetində dərc olunan məqaləsində Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov bildirib.

Nazir qeyd edib ki, görülmüş tədbirlər nəticəsində 160 mindən çox işin icrası təmin olunub, hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin həcmi 124 milyon manat təşkil edib, könüllü icra olunan işlərin sayı artıb.

“Eyni zamanda, qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan 3.250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1.800 nəfər inzibati qaydada həbs edilmiş, habelə 242 nəfər barəsində cinayət işi başlanıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb”.