Bakıda “polietilen borularının satın alınması” ilə bağlı açıq tenderinin nəticələri elan olunub.
Yenicag.az Teleqraf.coma istinadla xəbər verir ki, sifarişçisi “İri Şəhərlərinin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin olduğu tenderin qalibi “HİGH TECH POLYMER” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətlə 4 milyon 318 min 391 manat məbləğində müqavilə imzalanıb.
Belə ki, şirkət, ümumilikdə 171,13 km uzunluqda 62 ədəd polietilen borusu satın alacaq.
Qeyd edək ki, boruların alınmasına bu ilin yanvarın 24-dən başlanılıb, proses 2026-ci ilin yanvarın 26-na qədər davam edəcək.