4 nəfər avtomobildə diri-diri yandı

Rusiyada 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, içərisində 4 nəfərin olduğu avtomobil yanacaq daşıyan yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobili alışıb. Məlumata görə, avtomobildə olan sürücü ilə birgə üç sərnişin diri-diri yanıb.

Yük maşınının sürücüsü isə xəsarət almadan xilas olub.