Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunda süni göldə 4 nəfərin (şəxsiyyətləri məlum deyil) batmaları barədə məlumat daxil olub.
Yenicag.az FHN-in saytına istinadən xəbər verir k, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
“Report”un məlumatına görə, süni göldə boğulanlar Tağıyev Adil Valeh oğlu, Əhmədova Məhəbbət Kazım qızı, Qayıbov Afiq Həsən oğlu (1987-ci il təvəllüdlü) və Əliyeva Zeynəb Ədalət qızıdır (1988-ci il təvəllüdlü).
İlkin məlumatlara görə, süni göldə paltar yuyan qadınlardan biri suya düşüb. Digərləri ona kömək etmək istəyərkən boğularaq ölüblər.