4 otaqlı ev kül oldu

İmişlidə birmərtəbəli ev yanıb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 135 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.