4 otaqlı ev külə döndü – İmişlidə

İmişli rayonunda ev yanıb.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, rayonun Muradalılı kəndində ümumi sahəsi 96 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.