4 otaqlı ev külə döndü – Qazaxda

Qazaxda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Qazax rayonunun Daş Salahlı kəndində ümumi sahəsi 130 m2 olan birmərtəbəli 4 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Bitişik tövlə və yardımçı tikili yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.