4 otaqlı ev yanaraq külə döndü

Sabirabad rayonunun Qaratuğay kəndində ümumi sahəsi 196 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Bu barədə Yenicag.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.