4 PKK-çı yerindəcə məhv edildi

скачанные файлы (1)Türkiyənin Muş vilayətinin Varto rayonu ərazisində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı 4 PKK terrorçusu məhv edilib.

Yenicag.az APA-ya istnadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əməliyyat haqqında açıqlama yayıb.

Açıqlamada bildirilir ki, avqustun 16-da saat 20.30-da jandarma ilə terrorçularla arasında baş vermiş atışmada 4 terrorçu öldürülüb. Bir terrorçu isə sağ ələ keçirilib, onun avtomobilində 9 ədəd “Kalaşnikov” avtomatı və 5 ədəd qumbaraatan aşkarlanaraq götürülüb.

Qeyd edək ki, terror təhlükəsi ilə əlaqədar Vartoda elan olunmuş komendant saatı bu gün səhər ləğv edilib.