4 polis qaradəriliyə hücum çəkdi – Döyülən özləri oldu – VİDEO

Sosial şəbəkədə ABŞ-da polislərin iştirakı ilə baş verən insidentin görüntülər yayılıb.

Yenicag.ru xəbər verir ki, videodan göründüyü kimi, dörd amerikalı polis qaradərilini əhatəyə alaraq onu döyürlər. Müqavimət göstərən həmin şəxs polislərin əlindən qurtulmağa çalışır və onlara cavab zərbələri endirir.

Qeyd edək ki, zorakılıq tətbiq edən polislərdən ikisi qadındır.

Videonu izləyən milyonlarla sosial şəbəkə istifadəçisi polislərin vəzifələrindən süi-istifadə etməsini pisləyib və onların cəzalandırılmasını tələb edib.