Rusiyanın Kostroma vilayətində fərdi yaşayış evində baş verən yanğın nəticəsində 4-ü uşaq olmaqla 6 nəfər ölüb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsinin nümayəndəsi məlumat verib.
Yanğının söndürülməsinə söndürülməsinə 30 nəfər, 10 texnika cəlb olunub.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.