!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

4 xalq artisti işdən çıxarılıb? - Teatrdan RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

“Akademik Milli Dram Teatrında çalışan sənətkarların – Xalq artistləri Ramiz Məlik, Səidə Quliyeva, Əli Nur və Hacı İsmayılovun işdən çıxarılması haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Bunu teatrın mətbuat katibi Cavid Zeynallı Yenicag.az-a açıqlamasında deyib.

“Adları çəkilən aktyorlar özləri də məsələyə aydınlıq gətiriblər ki, biz işimizi teatrda davam etdiririk. Bir daha deyirəm, yalan məlumatdır. Adları hallanan həmin sənətkarlar Azərbaycan teatrı üçün dəyərdirlər. Akademik Milli Dram Teatrında işəmuzd əməkdaşlıq yoxdur. Hər bir aktyor ştat cədvəli üzrə maaş alır. Çox təəssüf ki, belə yalan xəbərlər yayılmaqda davam edir”, – deyə C.Zeynallı qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Akademik Milli Dram Teatrında çalışan sənətkarların – Xalq artistləri Ramiz Məlik, Səidə Quliyeva, Əli Nur və Hacı İsmayılovun işdən çıxarılması haqqında məlumat yayılıb.

Cəvahir

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv