4 xizəkçi qar uçqununa düşərək öldü

İsveçrənin cənub hissəsinə yerləşən yüksəkdağlıq Alp Qrünhornlükke aşırımında 4 alman xizəkçisi qar uçqununa düşərək həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə Vale kantonu polisinin saytı məlumat yayıb.

Bildirilir ki, Almaniyadan olan bir qrup turist cümə günü səhər öz sığınacaqlarını tərk ediblər və Qrünhornlükke aşırımı ilə Konkordiahütte dağ sığınacağı istiqamətində yola düşüblər.

Hakimiyyət orqanları onların axtarışlarına turistlər günün sonunda təyin olunmuş məntəqəyə gəlmədikdən sonra başlayıblar. Xizək sürənlərin axtarışları üçün əraziyə vertolyot göndərilib, lakin onları tapmaq mümkün olmayıb. Hava şəraitinin əlverişsiz olması səbəbindən, xilasedicilər turistlərin axtarışlarını yalnız şənbə günü günortadan sonra bərpa edə biliblər. Tezliklə turistlərin meyitləri Qrünhorn və Konkordiahütte arasındakı ərazidə qarın altından tapılıb./Report/