4 yaşlı qız səhvən benzin içdi – Vəziyyəti ağırdır

Tovuz rayonunda zəhərlənmə faktı qeydə alınıb.

ARB TV xəbər verir ki, rayonun Düzqırıxlı kənd sakini 4 yaşlı Afət Abbaslı səhvən benzin içib.

Dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilən azyaşlıya tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Yenicag.az

COP29