4 yaşlı uşağı avtomobil vurdu

 

qezakrovi-572x42916Bakıda 4 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Səbail rayonu, 20-ci sahə, Yüzbəy Mürsəlov küçəsi 37 ünvanının qarşısında qeydə alınıb. Belə ki, yaşadığı evin qarşısında 2012-ci il təvvəllüdlü Tunar Məmmədlini avtomobil vurub. Xəsarət alan uşaq hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.(report)