!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

4 yaşlı uşaq Ağ evi ayağa qaldırdı

!Reklam – Yazi

F041306PM-0035.JPG4 yaşlı uşaq Ağ evi ayağa qaldırıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, aprelin 12-də prezident iqamətgahına naməlum şəxs daxil olub. Buna görə ABŞ-ın gizli xidmət əməkdaşları həyəcan təbili çalıb. Lakin tezliklə məlum olub ki, həmin naməlum şəxs 4 yaşlı uşaq imiş.

Hadisə jurnalistlərin gözləri qarşısında baş verib. “Təhlükəsizlik xidmətinin əməkdaşları əllərində silahla qəfildən şimala tərəf qaçmağa başladılar. Müxbirlərə də Ağ evin içərisində gizlənmək məsləhət görüldü”, – deyə şahid jurnalistlərdən biri bildirib.

Sonradan müəyyən olunub ki, oğlan uşağı Ağ evin hasarının yanından velosipedlər üçün olan dirəyin altına girib. “Uşaq yaxşıdır və o, valideynlərinə təhvil verilib”, – deyə gizli təşkilatın mətbuat katibi Brayan Liri açıqlama verib.

www.yenicag.az

467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv