4 yaşlı uşaq eyvandan yıxılaraq öldü

Kürdəmirdə 4 yaşlı uşaq evin eyvanından yıxılaraq xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Çöl-Ərəb kəndində qeydə alınıb.

Şükürlü Yeganə Elvin qızı (2015-ci il təvəllüdlü) yaşadığı evin eyvanından ehtiyatsızlıq edərək yıxılıb. Yaralını dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır./Report/

COP29