4 yaşlı uşaq su kanalında boğuldu – Saatlıda

Saatlı rayonunda azyaşlı su kanalında boğulub.

Yenicag.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Fətəlikənd kəndində baş verib.

Kənd sakini, 2015-ci il təvəllüdlü Vidadi Fətəliyev yanvarın 13-də axşam saatlarında evin yaxınlığındakı su kanalının kənarında gəzərkən ehtiyatsızlıqdan kanala yıxılıb.

Azyaşlı hadisə yerində boğulub ölüb.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.

COP29