Bakıda oğru dəmir barmaqlıqları qıraraq evdən külli miqdarda qızıl aparıb.
Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.
H.Cavid küçəsində yaşayan Rusiya vətəndaşı 1970-ci il təvəllüdlü Sahibə Yusubovanın evindən 1200 manat, 1000 dollar və 40 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.