“Bugünədək vətəndaşlara 500 min dozadan çox vaksin vurulub.”
Yenicag.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.
“Növbəti həftənin 1-ci günündən 40 yaş üzərində olan vətəndaşlarımız vaksinasiyaya cəlb olunacaq”, – deyə o, bildirib.