İsrail KİV-lərinin verdiyi xəbərə görə, Qüds şəhərində yerləşən Məscid-i Aksaya daxil olan kişilərə yaş senzi qoyulub.
Yenicag.az xəbər verir ki, adıçəkilən məscidə namaz qılmaq üçün daxil olan 40 yaşdan aşağı kişilərə məhdudiyyət tətbiq olunacaq. Bildirilir ki, Qüds şəhərinn polis rəisi Moşe Edrinin rəhbərliyi ilə keçirilən toplantıda belə qərara gəlinib. Bundan başqa həmin ərazidə geniş təhlükəsizlik tədbirləri görüləcək.