40 yaşı tamam olan qadınların diqqətinə – Bu qaydalara riayət edin

40 yaşı tamam olan qadınların əzələ kütləsi sürətlə azalmağa başlayır. Buna görə də metabolizmanı sürətləndirmək və forumda qalmaq üçün bu qidalardan istifadə etməli, bu qaydalara riayət etməlidirlər.

Yenicag.az siyahını təqdim edir:

1. 8 saatdan az olmayaraq yatmalıdırlar.

2. Zülallarla zəngin olan qidalar yeməlidirlər. Bu metabolizmanı sürətləndirir.

3. Daha çox su içməlidirlər. Su dərinin qocalmasını da ləngidir.

4. Kalsiumla zəngin olan qidaların miqdarını artırmalıdırlar.  Çünki 40 yaşdan sonra sümük kütləsi də daha tez ovulmağa başlayır.

5. Fiziki aktivliyi artıremalıdırlar. Fiziki aktivlik əzələlərin və o cümlədən ürək əzələsinin tonusda olması üçün çox vacibdir.

6. Təzyiq və qanda şəkərin səviyyəsinə daim nəzarət etməlidirlər. Qadınlarda 40 yaşdan sonra ürək və damarları qoruyan estrogenlərin (qadın hormonları) səviyyəsi aşağı düşür ki, bu da ürək-damar sistemi xəstəliklərinin riskini artırır.